AzərbaycanDünyaİran

“Azadlıq və Ədalət Yürüşü” ilə bağlı II çağırış

“Vətənimiz Azərbaycanın və İranda yaşayan bütün Türk boylarının hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıq başlamış ayaqlanmalar nəticəsində ortaya çıxmış siyasi durum biz türklərin dayanışma və aktivləşmə zərurətini qaçılmaz etmişdir.

Bu doğrultuda Avropada yaşayan türklər olaraq meydanda olmağa, fəaliyyətlərin koordinasiya əsasında  davamlı olması üçün bir araya gələrək Avropada düzənli şəkildə aksiyaların keçirməsinə qərar verdik”.

Bu barədə Azadlıq və Ədalət Yürüşü sözçüləri Şərifə Cəfəri və Saleh Kamrani adından “Bakı-Xəbər”ə daxil olan yazılı məlumatda deyilir.

Məlumatda qeyd olunana görə, Avropada yaşayan Güney Azərbaycan Türklərinin bu təşəbbüsü ilə əlaqədar əsasən diaspora fəallarından, eləcə də ictimai-siyasi və mədəni simalardan ibarət sayı 200 nəfəri aşan qrup formalaşdırılıb.

“Qrup üzvləri arasında ümumi səsvermə ilə 14 maddəlik iş planı təsdiq edildi.

Zoom üzərindən keçirilən iki toplantıdan və ardıcıl müzakirələrdən sonra aksiyanın gerçəkləşdirilməsi üçün Koordinasiya Mərkəzi yaradıldı.

Koordinasiya Mərkəzində üç qrup fəaliyyət göstərir.

1.Maliyyə Qrupu

2.Logistika Qrupu

3.Media Qrupu

Qrupların aksiya üçün icazə alınması, soydaşlarımızı Brüssele gətirmək, tribuna üçün platforma hazırlamaq, afişa və bayrağların hazırlanması, eləcə də media və reklam məsələləri ilə bağlı hazırlıqları davam edir.

Aksiyanın hazırlanması üçün yaradılan Koordinasiya Mərkəzinin tərkibindən Şərifə Xanım  Cəfəri və Saleh Bəy Kamrani sözçü olaraq seçilmişlər.

Elə həmin mərkəz tərəfindən ilk aksiyanın adı AZADLIQ, ƏDALƏT” Yürüşü təyin edilmişdir.

Aksiya ilə əlaqədar bütün duyurular sözçülər vasitəsilə elan ediləcəkdir.

Artıq birinci çağırış verildi və aksiyada iştirak etmək istəyən hər kəsdən bu təşəbbüs için hazır olmasını istədik .

KM-nin toplantısında təyin edilən şüarlar isə bunlardan  ibarətdir :

Azadlıq Ədalət, Milli hökumət!

Qadın, Yaşam, Azadliq!

Stop Racism, Stop Discrimination in İran!

Terrorist SEPAH!

Yox deyirik – Şahına da, şeyxinə də!

Şah bizə rəhbər olmaz,

Şeyx bizə öndər olmaz!

Urmu Gölü can verir, İran onun qətlinə fərman verir!

Müzakirələr nəticəsində aksiyada Güneyin mücadilə bayrağının qaldırılmasna qərar verilmişdir.

İkinci çağırışda yer və zamanla əlaqəli ətraflı məlumat veriləcək .

Ətraflı məlumat almak istəyən media mənsubları,  qurum və təşkilatlar adları qeyd olan sözculərlə əlaqə yarada bilər (Saleh Kamrani : 0046705973668

Şərifə Cəfəri: 00491776354210)” deyə məlumatda bildirlir.

Related Articles

Bir cavab yazın

Back to top button