
Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb.
Minuyinin sözlərinə görə, “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil 5 il azadlıqdan məhrum edilib.
Bununla yanaşı Məhəmmədrza Fəqihinin həbs cəzasını çəkdikdən sonra 2 il müddətinə vəkillik fəaliyyətinə, ölkədən çıxışına, siyasi təşkilat və qruplara üzv olmasına qadağa qoyulub.
Qeyd edək ki, Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.
O, bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra oktyabrın 25-də sərbəst buraxılmışdı.
Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.