Site icon Aznews TV

Azərbaycanlı vəkil 5 il həbs və əlavə cəzalara məhkum edildi

Məhəmmədrza Fəqihinin həbs və əlavə cəzaları Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən təsdiqlənib.

Bundan əvvəl o, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2 il ölkədən çıxışına qadağa, 2 il vəkillik fəaliyyəti, siyasi partiya və qruplara üzvlüyünə qadağa qoyulub.

Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin bu yaxınlarda çıxardığı hökmə əsasən, azərbaycanlı vəkil ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və sui-qəsd təşkil etmək ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin iki il müddətinə vəkillikdən məhrum edilib. Əlavə cəzalara məhkum edilib.

Exit mobile version