Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanlı müxalifətçinin qızı işdən qovulub

Hazırda ev dusdaqlığında olan keçmiş azərbaycanlı baş nazir və Əli Xameneinin müxalifi Mir Hüseyn Musəvinin qızı, Əl-Zəhra Universitetinin İncəsənət fakültəsinin müəllimi Zəhra Musəvi Xamənə işdən qovulub. Bu barədə o, özünün “X” hesabında paylaşım edib

Xanım Musəvi yazıb ki, onun 20 il işlədiyi universitetdən qovulmasının arxasında təhlükəsizlik qüvvələri dayanır və onların təzyiqi nəticəsində Elm Nazirliyi onunla əməkdaşlığı dayandırıb. Zəhra Musəvi işdən çıxarılmasının məcburi hicab qaydalarına qarşı tələbələrin etirazlarını dəstəkləməsi ilə bağlı olduğunu deyib.

Xanım Musəvi ailəsinin 2009-cu ildən bəri üzləşdiyi təzyiqlərə işarə edərək: “İşimdən qovulmağım son 15 ildə üzləşdiyimiz çətinliklər, həbslər, yoxsulluq, ədalətsizlik və digər çətinliklərlə müqayisədə heç bir şey deyil”, – deyə bildirib. Qeyd edək ki, 2009-cu ildə keçirilən prezident seçkilərində Mir Hüseyn Musəvi qalib gəlsə də, Mahmud Əhmədinejad Xameneinin göstərişi ilə prezident təyin edilmişdi.

Təbrizli siyasətçi seçki saxtakarlığına və Əli Xameneinin Mahmud Əhmədinejadı prezident elan etməsinə qarşı nümayişə çağırıb. Genişmiqyaslı etirazlardan sonra Mir Hüseyn Musəvi ev dustaqlığına məhkum edilib və bu günə kimi ev dustaqlığında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button