Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünya

Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model

müsabiqəsinin final gecəsi baş tutub.

Xəbər verilir ki, 40 ölkədən yarışmaya qatılan iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb.

Xatırladaq ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018″ milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.

Qeyd edək ki, “Best Model of The World” müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub. (Oxu.Az)

Related Articles

Bir cavab yazın

Back to top button