Güney Azərbaycanım Şəbistər bölgəsinin Nadarlı kəndindən olan və Tehrann Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı 1 illik məhkumluq dövrünü başa vurduqdan sonra sərbəst buraxılıb.
Azərbaycanlı fəal oktyabrın 14-də həbsdən buraxılıb və milli-mədəni fəallar tərəfindən qarşılanıb.
Qeyd edək ki, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.
Məhkəmənin qərarına görə, Rəzizadə Nadarlı 1 il həbs cəzasınıın başa çatmasına baxmayaraq, 2 il müddətinə siyasi, ictimai qurumlara üzv ola, sosial mediada fəaliyyət göstərə və ölkədən çıxa bilməz.