Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan və Tehranın Evin zindanında saxlanılan Hüseyn Ronəqinin sağlıq durumu ağırlaşıb.
Bu barədə məlimat verən məhbusn qardaş Həsən Ronəqi, qardaşının 21 gündür aclıq aksiyasına əl atdığı və zindan məsullarının laqeydliyi ucbatından həyatının təhlükədə olduğunu deyib.
O, Hüseyn Ronəqinin xəstəxanaya köçürülməsi ilə bağlı müraciətlərə baxmayaraq, zindan rəhbərliyinin buna icazə vermədiyini bildirib.
Qeyd edək ki, Hüseyn Ronəqi media fəalı və tanınmış blogerlərdəndir.
Onun atası Əhməd Ronəqi və qardaşı Həsən Ronəqi bundan öncədə mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs ediliblər.