İran

Azərbaycanlı insan haqları fəalı Əkbər Nəiminin durumu

Azərbaycanlı insan haqları fəali Əkbər Nəimi indilik 9 il 8 aylıq məhkumluq dövrünü Evin Zindanının 4-cü Bəndinin 3-cü Salonunda keçirir.

Cənab Nəimi 1400-cü ilin Tir ayı Təbriz şəhərində tutuqlanıb və hökmün icrası üçün Evin Zindanına aparılıb. Onun 5 ay həbsinin keçməsinə baxmayaraq hələ də mürəxəsi verilməyib.

Mühəndis Nəimi “Evrin” Qeyri-Dövlət Müəssisəsi Mərkəzi Şurasının üzvlərindən olub və “Günəbaxan” ocağının qurucularından biridir. Xoy Vilayətində olan bu ocağın imtiyazı dövlət tərəfindən ləğv və plomb olunub.

Mühəndis nəimi Məclisin Türk Nümayəndələr Fraksionu üzrə qabaqcıl fəallar sırasında yer alıb, habelə Tehranın Baharistan Vilayətində 92-ci ilin İsfənd ayının 2-si keçirilmiş Dünya Ana Dili Günü mərasimində çıxış edib. Bu çıxış ona qarşı çıxarılmış hökmdə ittihamlardan biri kimi qeyd olunub.

Bu insan haqları fəalı Tehranın İnqilab Məhkəməsi tərəfindən “qanunsuz qrupa üzvlük”, “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” eləcə “İran İslam Sisteminə qarşı olan qrupların xeyrinə təbliğ fəaliyyəti” ittihamları olaraq 5 il, 4 il və 8 ay, toplam 9 il 8 ay təziri həbs alıb.

Əkbər Nəimi haqlı fəaliyyətlərinə görə peşmanlığını bildirmədiyi səbəbindən həmin həbs müddətinə məhkum olunub.

Related Articles

Bir cavab yazın

Back to top button