Azərbaycanİran

Azərbaycanlı idmançıya bıçaqla hücum edən kürd əsilli şəxs saxlanılıb

Urmiya şəhərində keçirilən Ramazan Kuboku futzal turnirinin bağlanış mərasimi zamanı güneyli idmançı Ehsan Moumeni "Yaşasın Azərbaycan" şüarını səsləndirdiyi üçün ona hücum edən şəxs həbs olunub.

Onun kürd millətindən olduğu məlum olum.

17 aprel tarixində futzal matçında “Yaşasın Azerbaycan, Yaşasın Urmiya” şüarından sonra naməlum bir şəxs idmançıya hücum edərək, onu bıçaqlamağa çalışıb.

Torpaq iddiaları, siyasi qruplar arasındakı gərginliklər qarşısında qalan Güney Azərbaycan xalqı PKK və PJAK kimi kürd terror təşkilatlarının terror və dağıdıcı hücumlarına məruz qalır.

İraqdan İrana köç edən kürdlər bütöv Qərbi Azərbaycana iddia edirlər, bu separatçı iddialar Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiya, Salmas, Xoy, Soyuqbulaq (Mahabad), Qoşaçay (Miyandoab) və digər bölgələrini əhatə edir.

Related Articles

Bir cavab yazın

Back to top button