Azərbaycanİran

Azərbaycanlı fəal aclıq aksiyası keçirir

Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin həbsxanasında saxlanılan iş adamı və siyasi fəal Həsən Oruczadə aclıq aksiyasına əl atıb.

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, bölgədə həm də xeyriyyəçilik fəaliyyətləri ilə tanınan azərbaycanlı fəal, bu vasitə ilə təhlükəsizlik və məhkəmə sisteminin onun işinə ədalətsiz münasibətlərinə etiraz edir.

Oruczadə Makı Prokurorluğunun işə ədalətlə baxmayacağı müddətə qədər aclıq aksiyasını davam etdirəcəyini və həyatı ilə bağlı baş verə biləcək istənilən təhlükəyə görə məhkəmə sisteminin məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, sentyabrın 28-də həbs edilərək Makı həbsxanasına köçürülən Həsən Oruczadə Manas Holdinqin təsisçisidir.

Related Articles

Bir cavab yazın

Back to top button