Bildirilib ki, ötən il Rza Purcəfər mədəni fəaliyyətlərinə görə bir il həbs cəzasına məhkum edilib.
Məlumata görə, davam edən təzyiqlər nəticəsində Sima Əsədinin 200 mindən çox izləyicisi olan sosial media hesabı bağlanıb. Azərbaycanlı müxbir Ogeday Ocaqlının sözlərinə görə, Purcəfərin ailəsi də dövlət qurumları ilə yanaşı, naməlum şəxslər tərəfindən daim hədələnir və hüquq müdafiəçiləri bu repressiv addımları pisləyiblər.