Azərbaycan

Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib.

Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır:

“Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur. Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub. Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir.

Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Bu, çox vacib məsələlərdən biridir. Bu gün orada mövcud olan bəzi çatışmazlıqları müzakirə edirik. Bu, əsasən, müəllimlərin yaşlanması ilə bağlıdır. Müəllimlərin yaşlanması ilə bağlı müəyyən azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var”.

“Komitənin sifarişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub”, – deyə F.Muradov qeyd edib. (Oxu.Az)

Related Articles

Bir cavab yazın

Back to top button