Güney Azərbaycan ərazisi həm yeraltı həm də yerüstü sərvətlərə sahibdir. Bol su qaynaqları və zəngin toprağı sayəsində tarix boyu əkinçilik bölgəsi olaraq tanınıb. Qacarlar dönəmində, yəni bir əsir öncəyə qədər Azərbaycan təkcə özü yox, bəlkə bütün İranın başda taxıl olmaqla, bütün yeyəcək ehtiyacını qarşılayacaq imkanına sahib idi. Ancaq Pəhləvilərin iş başına gəlməsiylə birlikdə Azərbaycan modernləşməyə uyğun gəlişmədi. Habelə bu dönəmdə yeni mədənlərin önəmi artmağa başladı. Hakimiyyətin Fars olmayan, Türk bölgələrinə baxışını buradan da anlamaq olardı. Birinci Pəhləvi zamanında Azərbaycanın yeraltı sərvətinin çıxarılması və daha doğrusu talan edilməsinə həvəsin artdığına şahid oluruq. Azərbaycanın varlığı talan edilib, çıxarılan mədən maddələri yüzlərcə kilometr uzaqlara daşınır. Yəni hətta çıxarılan maddələrin istehsalına karxana olaraq Fars bölgələrində quruldu. Bu düzən bu gündə belədir. Bir halda ki, Azərbaycan dünya çapında Mis qaynaqlarına sahibdir, çıxarılan maddələr xam şəkildə İranın Kirman bölgəsinə daşınır. Fabrikalar da orada qurulur və iş imkanları oralarda yaradılır. Azərbaycanın payı öz sərvətindən ancaq usulsüz mədənçiliyin təbiətə verdiyi zərər oldu. İş o yerə gəlib çatdı ki, bir yerdə yeni mədən tapıldığı zaman bölgə əhalisi sevinmək yerinə üzülürdü, çünki bilirdi mədəndən onlara ancaq zərər gələcək və xeyri ancaq mafiyaya yetişəcək. Misal üçün çoxlu mis mədəninə sahib Vərziqan bölgəsinə baxıldığı zaman iş imkanları yaranma yerinə mərkəzə doğru mühacirətin artdığını görmək olur. Bu varlıq içində yoxluq o qədər aydın bir şəkildə ortadaydı ki, Qaradağ zəlzələsində bölgənin doğru-düzgün bir yola belə sahib olmaması, yardım ekiplerinin gəliş-gedişini çətinləşdirdi və bir insani faciəyə yol açdı. Mədən fəlakəti təkcə Qaradağa məxsus deyil, Azərbaycanın harasına baxsanız bənzər məsələni görmək olar. Tikantəpənin qızıl mədəni illərdir bütün bölgə təbiətinə zərər verir. Habelə mədəndə qullanılan Siyanor əhalinin sərətana yaxalanma riskini artırıbdır. Zənganın Ruy mədəni də bənzər məsələlərə səbəb olub və illərdir millətin ölümcül xəstəliklərə yaxalanmalarına yol açır. İndi də bir müddətdir Zunuzda da bənzər risk ortaya çıxıb. Zunuzun qızıl mədəni axtarışları hazırda davam edir, ancaq axtarışlar düzgün olmadığına görə, bölgənin içməyə istifadə olunan su qaynaqlarına yaxın bir ərazidə aparılır. Aylardır əhali bu məsələyə etiraz edir və minlərcə insanın canının təhlükəyə düşəcəyindən nigəranlığını dilə gətirir, ancaq eşidən qulaq yoxdur.
Güney Azərbaycan müasir tarixində nə zaman öz siyasi iradəsini ortaya qoymayıbdır mərkəzi hökümət tərəfindən istismar olub.