Site icon Aznews TV

Azərbaycanın İraqdakı səfirliyi: “Xalqımız mərhum Ayətullah Həkimin dəstəyini heç vaxt unutmayacaq”  

İranın “shafaqna” saytı İraqın “Əl-Fərat” ajansına istinadən xəbər verir ki, səfirliyin bəyanatında deyilir: “Dost İraq Respublikasının və İslam dünyasının dini, elm və ictimai xadimlərindən biri olan Ayətullah Məhəmməd Səid Həkimin vəfatının ildönümündə onun xatirəsini ehtiramla yad edirik”.

“Ayətullah Həkimin İraqın sabitliyi və xalqının həmrəyliyi, mənəvi-elmi tərəqqi və islam elmləri sahəsində, həmçinin İraq və Azərbaycan xalqı ilə xalq arasında tarixi və mənəvi əlaqələrin möhkəmlənməsində böyük xidmətləri olub. Azərbaycan xalqı milli müharibə zamanı ədalətli mübarizəsinə Ayətullah Həkimin verdiyi dəstəyi heç vaxt unutmayacaq və onun xatirəsini əziz tutur”,-deyə bəyanatda qeyd olunur.

https://bit.ly/3QSXrhF

 

Exit mobile version