Azərbaycanİran

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan 1 il ötür

27 yanvar 2023-cü il səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində terror aktı baş verib.

Hücum edən şəxs “Kalaşnikov” silahı ilə mühafizə postunu yararaq, səfirliyə daxil olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə hücumun qarşısını alarkən yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunu zərərsizləşdirib.

Avropa İttifaqı, NATO, GUAM kimi təşkilatlar, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri, həmçinin BMT-nin Baş Katibi Antonio Quterreş hadisəni pisləyən bəyanatlarla çıxış ediblər.

İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olmadığını açıqlasalar da, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi, hadisə yerinə müxtəlif növ silahlarla gəlməsi, İran polisinin terror aktına müdaxilə etməməsi bu hadisənin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir.

Molla rejiminin İranda Azərbaycan əleyhinə “anti-Azərbaycan kampaniyası aparması” artıq heç kəs üçün sirr deyil.

#Azerbaycan #İran #sefirlik

Related Articles

Bir cavab yazın

Back to top button