Azərbaycan Prezidenti İlham Əliyev M.Ç.Cabbarovun ölkənin İqtisadiyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Aznews.tv-nin Prezidentin rəsmi səhifəsinə istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilsin”.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamına əsasən Şahin Mustafayev İqtisadiyyat naziri vəsifəsindən azad edilib.
Aznews.tv