Site icon Aznews TV

Azərbaycana qarşı İran və Rusiya tərəfindən təhdid olduğu bildirilir

O deyib: “Bu faktor Azərbaycan hökumətini başa salır ki, bu ölkələrdən asılı olmamaq üçün sabitliyi pozmamaq, əksinə, regionda mövcud balansı saxlamaq daha yaxşıdır. Rusiya ilə İran arasında əməkdaşlığın artması Azərbaycan üçün müəyyən risklər yaradır. Hesab edirəm ki, bu, Bakı üçün oyanış zəngidir”.

Ekspert bununla yanaşı, İsrailin İrana zərbə endirməsini mümkün hesab edib:

“İsrail artıq son bir ildə İrana zərbələr endirib və ölkənin hava və raketdən müdafiə sistemlərinin zəif olduğuna dair sübutlar var. Belə olan halda İsrail düşünə bilər ki, indi İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün zərbə vurmağın zamanıdır. Üstəlik, hazırkı İsrail rəhbərliyi Tramp administrasiyasının bu məsələdə Təl-Əvivin istəklərinə qarşı daha az meyilli olacağına inanır. Tramp administrasiyası bu cür zərbələrin əleyhinədir, regionda sabitliyin pozulmasına qarşıdır, lakin israillilər amerikalıların çox da müdaxilə etməyəcəyinə arxalana bilərlər”.

Exit mobile version