“Bu gün BMT Təhlükəsizlik Şurası iclas keçirib və yenidən Qarabağ problemi müzakirə olunub. Bizim Ermənistan və Azərbaycan arasında davam edən Qarabağ münaqişəsində mövqeyimiz hər zaman şəffaf olub.
Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir və bu məsələnin sülh yolu ilə həllini tapmasını diləyirik.
Haqlı savaşında azərbaycanlı qardaşlarımızın yanındayıq”, – deyə o vurğulayıb.
Səfir iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib: “Bizim dostluq və qardaşlıq əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələr hər ötən gün daha da möhkəmlənir”.