
Film son mərhələdədir və tezliklə ekspertlər və rəsmilər üçün özəl olaraq nümayiş etdiriləcək. Lisenziya alındıqdan sonra film ölkədəki rəqəmsal platformalarda, eləcə də Türkiyənin “TRT” və Azərbaycanın “AzTV” telekanallarında yayımlanacaq”, – deyə filmin rejissoru Reza Siyami filmlə bağlı açıqlama verib.
Cilovluq hadisəsi 1918-ci ilin martında, Novruz bayramının sonuncu çərşənbəsində baş verib. Bölgədə maraqları olan Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında “Kiçik Ermənistan dövləti” yaratmaq istəyirdilər. Qərbdə cızılmış, İngiltərə, Fransa və Rusiya tərəfindən himayə olunan bu ssenaridə ermənilərlə yanaşı, assurilər də iştirak edirdi. Onların məqsədi türk torpaqları hesabına özlərinə dövlət qurmaq idi.