Azərbaycan Difa Vəzirliyindən verilən məlumata görə, Azərbaycan-Türkiyə arasında nizami əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin quru qoşunları və nizami hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki-uçuş təlimləri keçiriləcək.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin nizami aviasiya və hava hücumundan difa vasitələri cəlb ediləcək.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək. Nizami aviasiya vasitələrinin iştirakı ilə isə culayın 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində baş tutacaq.