Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycan türkcəsində çəkilən “Sonsuz” filmi Fəcr Film Festivalında mükafatına layiq görülüb

 azərbaycanlı rejissor Rza Camalinin çəkdiyi “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatı olan “Kristal Simurğ”a layiq görülüb.

Kinoşünasların fikrincə, “Sonsuz” builki Fəcr festivalında ən çox diqqət çəkən və fərqli əsərlərdən biri olub, o, kənd icmalarında qadın sonsuzluğu kimi həssas və nadir hallarda rast gəlinən bir məsələyə toxunmaqla tamaşaçıların və tənqidçilərin diqqətini cəlb etməyi bacarıb.

“Sonsuz” Rza Camalinin Ərdəbildə və türkcə çəkilmiş ilk bədii filmidir. Film qadın sonsuzluğu ilə bağlı yanlış fikirləri tənqid etmək üçün yumoristik, lakin acı-şirinli üslübdan istifadə edən komediyadır.

Tənqidçilərin fikrincə, “Sonsuz” filminin özünəməxsus xüsusiyyətlərindən biri də ona müəyyən orijinallıq və mədəni kimlik verən türk dilindən istifadə olunmasıdır. “Atabay” və “Ev” kimi filmlərin son illərdəki uğurlu təcrübəsi göstərdi ki, türk dilində çəkilən filmlər daha cəlbedici ola, daha geniş tamaşaçı kütləsi cəlb edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button