Azərbaycanİran

Azərbaycan səfirliyinə hücumda istifadə edilən silah haradan gəlib? + Polis rəisinin yalanları

İran vətəndaşı, hazırda meyvə dəllalçısı işləyən İnqilab Keşikçiləri Korpusunun istefada olan zabiti Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı səfirliyinə daxil olub Kalaşnikov avtomatından atəş açaraq səfirliyin mühafizə bölməsinin rəisini öldürüb.

Hadisədən dərhal Tehran polisinin rəhbəri Hüseyn Rəhimi iddia etdi ki, hücum edən şəxs “şəxsi zəmində və iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub” və “İran polis qüvvələrinin dərhal reaksiyasından” sonra həbs edilib.

Lakin səfirliyin təhlükəsizlik kameraları tərəfindən lentə alınan hücum görüntülərində “Pride” avtomobilində hücumçudan başqa heç bir sərnişinin olmadığı aydın görünür.

Tehran polis rəisinin ilk yalanından belə görünür ki, bir ssenari quraşdırılıb.

Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır; Bu bəyanatlara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da briqada generalı Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir.

Təhlükəsizlik işçiləri səfirliyə daxil olduqdan sonra silahlı İran vətəndaşı şəxsi avtomobili ilə səfirlik binasının qarşısında dayanmış maşının arxasını vurub, daha sonra binanın qarşısında İran polisinə əl yelləyərkən binaya daxil olub və təhlükəsizlik qüvvələri ilə toqquşub.

Bu qarşıdurma bir neçə dəqiqə davam edib, nəhayət səfirlik daxilində mühafizəçilərə təslim olmaq məcburiyyətində qalıb.

Bu şəxsin səfirliyə daxil olan zaman tək olmasına və bu münaqişənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, polis rəisi Rəhiminin dediklərinin əksinə olaraq, “İran polis qüvvələrinin dərhal reaksiyasından” əsər-əlamət olmayıb.

Səfirlik əməkdaşları zəng edib yaralılar üçün təcili yardım tələb etdikdən xeyli vaxt keçdikdən sonra hadisə yerinə təhlükəsizlik qüvvələri və polis göndərilib.

Bu arada Azərbaycan Respublikasının təhlükəsizlik rəsmisi bu ölkənin “Report” xəbər agentliyinə bildirib ki, bu, son iki ildə bu ölkənin İrandakı səfirliyinə beşinci hücumdur.

SEPAH və Ədliyyə orqanlarına bağlı media da bu hadisədən dərhal sonra silahlı şəxsin “səfirlik binasında saxlanılan həyat yoldaşını xilas etmək üçün” oraya hücum etdiyini yazdılar.
Bu məsələ Azərbaycan hökuməti tərəfindən dərhal rədd edildi və İran mediasının hücumçunun övladı adlandırdığı gənc qız açıq-aydın anasının səfirlikdə deyil Azərbaycan Respublikasında olduğunu və onunla 10 gün əvvəl telefon vasitəsilə danışdıqlarını dedi.

Bir neçə saat sonra İranın ədliyyə orqanları bu şəxsin Azərbaycan Respublikası vətəndaşı olan həyat yoldaşının bir il əvvəl ölkəsinə qayıtdığını və həmin şəxsin özü də İran məhkəmə orqanları və Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələdən xəbərdar edildiyini açıqladı.

Mərəndin Yekan Olya kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə 1987-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun sıralarına qatılıb və İran-İraq müharibəsi zamanı qısa müddət ərzində 31-ci Aşura diviziyasında döyüşdə iştirak edib. Müharibə başa çatdıqdan sonra Təbrizdə İnqilab Keşikçiləri Korpusunda ağır maşın sürücüsü kimi işləməyə davam edib. O, 1999-cu ildə önüllü olaraq SEPAH-dan təqaüdə çıxıb, meyvə və bal satışı ilə məşğul olub.

Həmin illərdən o Tehrana köçmüş və ilin bir neçə ayını Tehranda, qalan vaxtları isə Mərənd mahalında atasının kəndi Yakan Olyada, eləcə də Ördəkli bölgəsində yaşayıb.

Yasin Hüseynzadə, 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinin yarım hərbi Bəsic qüvvələrinin başçısı olub və indi də adı çəkilən Bəsic qərargahı ilə əlaqəsini qoruyub saxlayıb.Hətta onun son etiraz aksiyalarında Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə Təbriz, Marağa və Bukan şəhərlərində etiraz nümayişlərinin yatırılmasında iştirak etdiyi barədə məlumatlar var.

27 yanvar 2023-cü il səhər saatlarında Yasin Hüseynzadə qatlanan Kalaşnikov AK-47 silahı ilə səfirliyə hücum edib. Hücumdan sonra o İran polisinə təhvil verilmədən öncə Azərbaycan səfirliyinin mühafizəçilərinin əlində olan silahın fotosu yayılıb.

Azərbaycan səfirliyinin mühafizə xidmətinin əməkdaşının dediyinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb və onun qundağının seriya nömrəsi N—12067-dir ki, bu da hazırda daxili mənbələr vasitəsilə araşdırılır.

Bu silah İran İslam Respublikasının silahlı qüvvələrinə aid deyil, lakin bu seriya aşkar edildikdən sonra 15 iyun 2008-ci ildə Lorestan Polis Dairəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən qəbul edilib. Və ən azı 2021-ci ilin martına qədər Zəncan əyalətində polis qüvvələrinin aşkar etdiyi silah və sursatlar anbarında saxlanılıb.

Silah Yasin Hüseynzadəyə necə çatıb?

Bu suala ilk-öncə İran təhlükəsizlik və polis qüvvələri cavab verməlidirlər.

Azərbaycan dövlətinin gəldiyi nəticə bundan ibarətdir ki, bu, terror aktı idi və hücumçunun silahlandırılması İranın hakimiyyət orqanları tərəfindən həyata keçirilib, ona görə də onu silahla təmin etmək onların işi olub.

Hadisənin terror aktı, yoxsa ailə münaqişəsi zəminində baş verməsindən asılı olmayaraq, istənilən halda bir ölkənin səfirliyinə silahlı hücum terror aktı sayılır.

Hücumçunun keçmiş və indiki əlaqələri və SEPAH ilə əməkdaşlığını nəzərə almaqla yanaşı, bu hücumu “dəqiq və planlaşdırılmış əməliyyat” hesab etmək olar.

İranın təhlükəsizlik orqanları bu şəxsin ailə münaqişələri ilə bağlı məsələlərindən məlumatlı olduqları üçün vəziyyətdən istifadə edəib və Azərbaycan Respublikasının səfirliyinə hücum üçün onun ailə münaqişəsindən örtük kimi yararlanıb, belə bir əməliyyata əl atıblar.

Bütün baş verənləri nəzərə alaraq hücumun terror aktı olması ehtimalı daha qabarıq şəkildə özünü göstərir və bunun da səbəbini İranla Azərbaycan arasında olan ixtilaflarda axtarmaq lazımdır.

Azərbaycanla İran arasında ən böyük ixtilaf İran hakimiyyətinin Azərbaycan Respublikasını öz ərazisində İsrailə hərbi bazalar verməsi ittihamına görədir.

Başqa bir ixtilaf isə İran hökumətinin etiraf etməyə çətinlik çəkdiyi Taleh Yusifov məsələsidir.

Taleh Yusifov, SEPAH-ın Qüds qüvvələrinin nəzarətində olan və azərbaycanlı radikallardan təşkil tapan yarım hərbi “Hüseyniyyun” qruplaşmasının üzvü olub O. İranın proksi qüvvələrinin tərkibində Suriya və İraqda terror fəaliyyətlərində iştirak edib.

Qasım Süleymaninin “Hac Tağı” adlandırdığı, 10 ildən çox bir müddətdə İran himayəsindən istifadə edən və Azərbaycan tərəfindən axtarışda olan Taleh Yusifov 2005-ci ildən dəfələrlə İrana səfər edib və İran vətəndaşlığını alıb.

Taleh Yusufov ailəsi ilə birlikdə Tehranın şimalındakı bir ərazidə yaşayıb və İnqilab Keşikçiləri Korpusunun himayəsində olub. O, hətta 2020-ci ildə Əli Xameneyinin Əfqanıstan döyüşçüləri və ölən “Zeynəbiyyun” döyüşçülərin ailələri ilə görüşündə də iştirak edib.

Azərbaycan Respublikasının Təhlükəsizlik Xidməti (DTX) ömürlük həbsə məhkum edilmiş Yunis Səfərovun varisi olan Yusifovu Gəncənin icra başçısına sui-qəsdə və onlarla başqa terror aktları törətməkdə ittiham edərək axtarışa vermişdi.

“hacı Tağı” adı ilə illərlə SEPAH üzvləri ilə birgə Suriyada fəaliyyət göstərən Taleh Yusifov, Rusiya ilə SEPAH-ın Suriyada nəzarət altında olan mövqelər üstündəki ixtilafından sonra Rusiya dövləti tərəfindən həbs edilərək Azərbaycana təhvil verilib.

Taleh Yusifov SEPAH-ın Azərbaycan Respublikasında ən mühüm üzvü idi, ancaq hazırda onun həbsdə Azərbaycanın təhlükəsizlik qüvvələrinə hansı məlumatları verdiyi bəlli deyil.

Bu, İranın təhlükəsizlik sahəsində Azərbaycan qarşısında ən böyük məğlubiyyətidir. Azərbaycan səfirliyinə hücumu və səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının öldürülməsini Taleh Yusifovun həbsinin qisası kimi qiymətləndirmək olar.

 

04.jpg

05.jpg

Related Articles

Bir cavab yazın

Back to top button