Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb.
“Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.
Səfir Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb. (report)