Azərbaycan

Azərbaycan Respublikasının sabiq prezidenti vəfat edib

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov vəfat edib.

Bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.

“40 dəqiqə öncə Azərbaycanın ilk prezidenti Ayaz Mütəlibov rəhmətə getdi. Allah rəhmət eləsin!”-deyə o yazıb.

A.Mütəllibov bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləmişdir. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da istefa verib.

O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.

Related Articles

Bir cavab yazın

Back to top button