
“Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında nəzərə almaqdır”, – deyə nazir əlavə edib.
O, qeyd edib ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşib:
“İlk dəfə olaraq Azərbaycan dilinin mədəniyyət sahəsində əsas sahə kimi müəyyənləşməsi nəzərdə tutulub. Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək”.