Azərbaycanlı milli fəal Behzad Xudabəndəli məhkəməyə çağırılıb
Azərbaycanın siyasi fəalı Behzad Xudabandəli Qoşaçay şəhərinin 2-ci Cinayət Bölməsinin 103-cü şöbəsinə çağırılıb.
Qeyd edək ki, son günlər Behzad Xudabandəli Azərbaycanın çoxlu sayda siyasi fəalı ilə birlikdə Azərbaycanın siyasi məhbuslarının məhkəməsinin açıq keçirilməsi kampaniyasında iştirak edib və məhkəmə iclasının açıq keçirilməsini tələb edib.