
İran Məhkəmə Hakimiyyətinin sədrinin beynəlxalq məşqlər üzrə müavini və insan haqları üzrə müvəkkili BMT Baş Assambleyasında İrana qarşı qətnamə qəbul edilməsinə fikir bildirərək iddia edib: Çıxarılan qətnamə gerçəkliklərə yox, tamamilə siyasi motivlərə əsaslanır.
“Aznews tv” xəbər verir ki, Kazım Qəribabadi 18 yaşa çatmamış uşaqlara edam cəzasının verilməsi barədə deyib: 18 yaşa çatmamış uşaqlara edam cəzası verilməməsi ilə bağlı heç bir məcburedici beynəlxalq öhdəlik yoxdur.
Qeyd edək ki, dekabrın 16-da BMT Bas Assambleyasında İranda insan haqlarının kobud şəkildə pozulmasına dair qətnamə 78 lehinə, 31 əleyhinə və 69 bitərəf səslə qəbul edilib.