Site icon Aznews TV

Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir.

P.Kubiak əlavə edib ki, sosial layihə BMT-nin gender bərabərliyi və cinsi istismarın qarşısının alınması üzrə onlayn təlimlərini təşviq edir.

Ölkəmizlə yanaşı BMT-yə üzv olan 34 ölkə bu kampaniyaya qoşulub. (report)

Xatırladaq ki, kampaniyanın birinci mərhələsi iyunun 30-dək davam edəcək.

Exit mobile version