Dünyaİran

Avstraliyalı yəhudilər İrana görə hökumətə çağırış etdilər

Avstraliya Yəhudi Assosiasiyası bu ölkənin hökumətindən Kanada kimi İran İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasını tələb ediblər. Bu barədə Assosiyanın bəyanatında bildirilib.

“Qərbdə terrorizmə və İslam Respublikası rejiminin repressiyalarına qarşı çıxmaqda ən zəif halqadır”,– bəyanat müəllifləri Avstraliya hökumətini qınayıblar.

Onlar SEPAH-nin dünyada və Avstraliyadakı təxribatçı fəaliyyətlərinə toxunaraq, onun terrorçu kimi tanınmasının vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Kanada hakimiyyəti iyunun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi taniyib.

Related Articles

Bir cavab yazın

Back to top button