Dünyaİran

Avstraliya İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

Avstraliyanın Xarici İşlər Nazirliyi mayın 30-da öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib və hazırda İranda olan avstraliyalılara İranı tərk etməyi məsləhət görüb.

Xəbərdarlıq çağırışında İranda hökumətin şantaj məqsədilə adam oğurluğu təhlükəsi xatırladılıb, bu ölkədə özbaşına həbs olunma riskinin yüksək olması diqqətə çatdırılıb.

Bəyanatda İranın İraq, Əfqanıstan və Pakistanla sərhəd bölgələri “son dərəcə təhlükəli” yerlər kimi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button