Dünyaİran

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avstraliya İranda etiraz aksiyalarının yatırılmasında və Rusiyaya pilotsuz təyyarələrin verilməsində rol oynayan İranın hakimiyyət və qurumlarına qarşı bir sıra yeni sanksiyalar tətbiq edib.

Avstraliyanın yeni sanksiyalarına əsasən, İran Ordusunun Ali Baş Komandanı Əbdülrəhim Musəvi, Ordu Quru Qoşunlarının komandanı Kiyomərs Heydəri və polis rəisinin müavini Qasim Rezainin də adı sanksiyalar tətbiq edilən şəxslərin siyahısına əlavə edilib.

Sanksiya tətbiq edilən şəxslərin aktivlərinin dondurulması, habelə bu şəxslərin Avstraliya ərazisinə girişinin qadağan edilməsi nəzərdə tutulub.

Avstraliya federal hökumətinin bu addımı insan haqları qrupları və müxalifətin Maqnitski tipli məqsədyönlü sanksiyalar qanunlarından istifadə etmək üçün həftələrdir etdiyi çağırışlardan sonra atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button