Dünyaİran

Avropa Şurası İranın Ukrayna və Suriyadakı müharibədə iştirakına görə sanksiyalar tətbiq edib

Avropa xəbər agentliklərinin məlumatına görə, Avropa İttifaqı İslam Respublikasının Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi, eləcə də Suriyada Bəşər Əsəd hökumətinə verdiyi dəstək səbəbindən yeni məhdudlaşdırıcı tədbirlər görüb.

Avropa Şurası düən, cümə axşamı, iyulun 20-də öz saytında hesabat dərc edərək elan edib: “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə İranın hərbi dəstəyinə gəlincə, bu şura məhdudlaşdırıcı tədbirlər üçün yeni çərçivə yaradıb”.

Yeni məhdudiyyətlərə dronların istehsalında da istifadə olunan hissələrin ixracına qadağa daxildir. Bundan əlavə, altı yeni iranlı Suriyaya hava hücumundan müdafiə sistemlərinin göndərilməsində və Rusiyaya pilotsuz təyyarələrin çatdırılmasında iştirak etdiklərinə görə Avropa İttifaqının qara siyahısına salınıb. Yeni sanksiyalara səyahət məhdudiyyətləri və bu 6 şəxsin aktivlərinin dondurulması daxildir.

Bu son məhdudlaşdırıcı tədbirlərdə Avropa şirkətləri və vətəndaşlarına sanksiya tətbiq edilmiş İran fərdləri və şirkətləri ilə iş görmək də qadağandır.

Bu hesabat əlavə edir ki, bugünkü qərarlar Avropa İttifaqının İslam Respublikasının hərəkətlərinə “sürətli və qəti” cavabını davam etdirmək əzmindən xəbər verir: Avropa İttifaqı İranın pilotsuz təyyarələrinin Rusiyaya çatdırılmasını və onlardan Ukraynaya qarşı təcavüz müharibəsində ölümcül istifadəsini pisləyir.

Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərdiyinə görə İrana qarşı sanksiyalar elan olunarkən Rusiyanın BƏƏ-nin üç adaya sahiblik iddiasına dəstək verməsi İran və Rusiya arasında qeyri-bərabər münasibətlərin geniş tənqidinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button