İranın aprelin 13-14-də endirdiyi zərbələri pisləyən parlament eskalasiya və regional təhlükəsizliyə təhdidlə bağlı ciddi narahatlığını bildirir. Avropa Parlamentinin deputatları İsrail dövlətinin və onun vətəndaşlarının təhlükəsizliyinə tam dəstəyini bir daha təkrarlayır.
Eyni zamanda İranın hücumu zamanı Livandakı Hizbullah və Yəməndəki Husi üsyançılarının Qolan Təpələri və İsrail ərazisinə qarşı eyni vaxtda həyata keçirdiyi raket atışları pislənir.
Bu qətnamə 357 lehinə, 20 əleyhinə, 58 bitərəf səs olmaqla qəbul edilib.