Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Avropa İttifaqından ABŞ-yə 26 milyardlıq cavab – İki mərhələli plan hazırlanıb

Avropa İttifaqı (Aİ) ABŞ-nin polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməyə başlamasından sonra 26 milyard avro dəyərində əks tədbirlər həyata keçirəcəyini açıqlayıb.

Bəyanatda ABŞ-nin tarif qərarının transatlantik ticarəti pozacağı, müəssisələrə və istehlakçılara zərər verəcəyi və qiymətlərin yüksəlməsinə səbəb olacağı qeyd edilib.

Bildirilib ki, Avropa İttifaqı ABŞ-yə iki mərhələli cavab verəcək. Birinci mərhələdə daha əvvəl hazırlanmış və dayandırılmış əks tədbirlər həyata keçiriləcək. İqtisadi zərərə cavab olaraq 8 milyard avro dəyərində ABŞ məhsullarının hədəf alınacağı və aprelin 1-dən etibarən qüvvəyə minəcəyi vurğulanıb. İkinci mərhələ ABŞ-nin 18 milyard avrodan çox ixracatına təsir edəcək yeni tədbirləri əhatə edəcək və aprelin 13-də qüvvəyə minəcək.

Aİ-nin həll üçün danışıqlara hazır olduğu və problemin həll olunacağı təqdirdə tədbirlərin geri çəkiləcəyi də vurğulanıb.

Xatırladq ki, ABŞ-nin polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-dən qüvvəyə minib.

Related Articles

Bir cavab yazın

Back to top button