Dünya

Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı (Aİ) gələn həftə Rusiyanın onlarla fiziki və hüquqi şəxsinə, o cümlədən siyasətçi və hərbçilərinə tətbiq olunacaq onuncu sanksiyalar paketi hazırlayır.

Bu barədə öz mənbələrinə istinadla Bloomberg məlumat yayıb.

Məlumata görə, Rusiyanın “Alfabank” “Rosbank”, “Tinkoffbank” və Rusiya Milli Sərvətlər Fondu (NWF) sanksiyalar siyahısına daxil edilə bilər.

Agentliyin qeyd etdiyinə əsasən, yeni tədbirlər paketi texnologiya, ağır avtomobillər, elektronika daxil olmaqla, Rusiya ordusunun istifadə etdiyi mallara geniş ticarət məhdudiyyətləri tətbiq edəcək.

Aİ Rusiya vətəndaşlarının Avropanın mühüm müəssisə və təşkilatlarında rəhbər vəzifə tutmasını da məhdudlaşdırmaq istəyir.

Agentlik əlavə edir ki, təklif olunan tədbirlər bu həftə Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcək

Related Articles

Bir cavab yazın

Back to top button