Məlumata görə, Avropa Birliyinin sözçüsü Piter Stano “Azadlıq Radiosu”na müsahibəsində deyib:
“Biz hələ də İrandan nüvə_silahı istehsal etmək düşüncəsini dəyişməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dərhal normallaşdırması kimi konkret addımlar atmasını gözləyirik. İran həmişə nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edib, ancaq bu yaxınlarda İranın rəhbəri Xameneyinin müşaviri Kamal Xərrazi xəbərdarlıq edib ki, İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinasına yenidən baxıla bilər”, – deyə, Piter Stano əlavə edib.