Bu qəbildən olan dəstəklərin davamında Fransanın 5, Danimarkanın isə 8 Həmkarlar İttifaqı Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıblar.
Bəyanat müəllifləri işçi hərəkatı fəalı barədə çıxarılan edam hökmünü pisləyib, hökmün ləğvini və Şərifə Məhəmmədinin dərhal sərbəst buraxılmasını tələb ediblər.
Avropalı bəyanat müəllifləri azərbaycanlı fəalın həbsdən sonra aylarla təkadamlıq kamerada saxlanılmasını, məhbus hüquqlarının pozulmasını və azyaşlı övladı ilə görüşünə icazə verilməməsinin İran Məhkəmə Sisteminin ədalətsizliyi kimi dəyərləndiriblər.
Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.