Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, Borelin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Xətibzadənin sözlərinə görə, görüşlərdə atom danışıqlarındakı son vəziyyət, eləcə də bir sıra regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Avropa Birliyinin xarici siyasət komissarı Cozef Borrelin sözçüsü Piter İstano iyunun 21-də deyib ki, İranın nüvə fəaliyyətlərinin genişlənməsindən narahatdır və bu, İranın nüvə danışıqları razılaşmasında götürdüyü öhdəliklərə ziddir.
Müşahidəçilər hesab edirlər ki, bu səfər Amerika və Avropa Birliyinin İranı razılaşdırılmış nüvə öhdəliklərinə qaytarmaq və Amerikanın razılaşmaya qayıtması üçün son cəhdidir.
Nüvə danışıqlarında əsas tərəflərdən biri sayılan Fransa Borellin Tehrana səfərindən bir neçə saat öncə bəyanat yayaraq İranı yaranmış fürsəti dəyərləndirməyə çağırıb.
Bu arada, İran daxilindəki radika fraksiya və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media Tehranın əvvəlki mövqelərində israr etməkdə davam edir.