Dünyaİran

Avropa Birliyi və Rusiya, Uluslararası Atom Enerjisi Ajansı ilə İran arasında razılaşma imzalanmasını alqışlayırlar

Avropa Birliyi və Rusiya, Uluslararası Atom Enerjisi Ajansı başqanının Tehrana səfəri zamanı İranla razılaşma əldə etməsini alqışlayıblar.

Avropa Birliyinin xarici fəaliyyət üzrə başqan yardımçısı Enrike Mora bazar günü Tvitter-də yazıb ki, bu razılaşma İranın atom proqramına nəzarəti davam etdirməkdə “müsbət bir addımdır” və “diplomasiyə qapı açır”.

Uluslararası Atom Enerjisi Ajansı başqanı Rafael Qrossi bazar günü Tehranda İran rəsmiləri ilə danışıqlardan sonra bildirib ki, tərəflər nəzarət təchizatının tekniki servisi, İranın atom təsislərinin fəaliyyətinin görüntülərini almaq və danışıqları davam etdirmək haqda razılığa gəliblər.

Bununla belə, Ajansın uzmanlarının yenə də nəzarət kameralarının bilgilərinə ulaşmasına icazə verilməyəcək.

Grossi də bazar günü verdiyi açıqlamada, razılaşmanın “daimi bir həll” olmadığını və “İranla yalnız ən gərəkli məsələlərin həll edildiyini” bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button