
İranın sabitliyi pozan addımlarına qarşı durmağın vacibliyini vurğulayan Kallas deyib: “Biz onların nə etdiklərini – yalnız Yaxın Şərqdə deyil, həm də Rusiyaya yardım etməkdə və Avropa ölkələrinə qarşı koordinasiyalı hücumlar həyata keçirməkdə açıq şəkildə görürük. Bizim siyasətimiz Tehrana qarşı daha güclü olmalıdır”.
Kallasın sözlərinə görə, Tehran keçmişlə müqayisədə zəifləyib və Avropa İttifaqı İranın yaratdığı təhlükələri azaltmaq üçün uyğun fürsətin yarandığını hesab edir.