Dünyaİran

Avropa Birliyi İranın 37 rəsmisinə sanksiya tətbiq edəcək

Avropanın SEPAH-ı terror qruplaşması kimi tanımaq səyləri ilə eyni vaxtda Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri gələn bazar ertəsi İranın 37 rəsmisinə sanksiya tətbiq edəcəklərini bildiriblər.

Bu barədə Reuters agentliyi iki etibarlı mənbəyə əsaslanaraq məlumat yayıb.

Hər iki avropalı diplomat deyib ki, bu 37 İran rəsmisi insan haqlarını pozduqlarına görə sanksiyaya məruz qalacaqlar.

Sanksiyalar nəticəsində bu şəxslərin Avropa İttifaqına daxil olmasına icazə verilməyəcək və onların Avropadakı bütün aktivləri dondurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button