Məlumata görə, İranda nümayişçilər vəhşicəsinə sıxışdırıldığı üçün Avropa Birliyinə üzv ölkələr İrana qarşı sanksiya tətbiq etməyə razılaşıblar və xarici işlər nazirləri sanksiyaları oktyabrın 17-dən etibarən tətbiq edəcəklər.
Avropa Komissiyasının sədri Ursula Von der Leyen də bu gün deyib: “İranda qadınların sıxışdırılmasına görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq etməyin vaxtı çatıb”.
Başqa tərəfdən, Fransa prezidenti Emmanuel Makron da bir televiziya proqramında Tehran hökumətinin İran xalqının etirazlarını yatırtmasını pisləyib və Fransanın iranlı qadınların yanında olduğunu bildirib.
“Fransa cəsarətlə hicabını çıxaran və silaha qarşı dayanan qadınlara, qadın hüquqları və bu mübarizənin ümumi tələbləri uğrunda fəaliyyət göstərən gənc kişi və qadınlara görə İran rejiminin repressiyalarını pisləyir”,-deyə, makron özünün tviter hesabında paylaşım edib.