
Lübnan vətəndaş müharibəsi zamanı yaranan siyasi xaos və ideoloji qarışıqlıq bir çox radikal təşkilatların meydana çıxmasına münbit şərait yaratdı. Bu prosesdə iki fərqli ideologiyanı təmsil edən, lakin terror fəaliyyətləri ilə oxşarlıqlar göstərən ASALA və Hizbullah kimi təşkilatlar formalaşdı.
ASALA (Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu) 1975-ci ildə Beyrutda erməni radikal terrorçular tərəfindən yaradıldı. Təşkilat marksist ideologiyasına əsaslansada onlar faşist-erməniçiliyə üstünlük verərək Asala terror təşkilatını qurdular. Terrorçu ermənilərin əsas məqsədi Osmanlı dövründə baş vermiş 1915-ci il hadisələrinin qisasını almaq və “Böyük Ermənistan” nağılını həyata keçirmək idi.
ASALA-nın üzvləri Fələstinlilərin Lübnandakı düşərgələrində təlim alır, Fələstinli terror təşkilatları ilə əməkdaşlıq edirdilər. Aslanın üzvləri Lübnanda müxtəlif terror əməliyyatlarında iştirak etmiş, məşq keçmiş və təcrübə qazanaraq Türkiyə və digər dövlətlərin vətəndaşlarına qarşı terror aktları həyata keçirmiş və beynəlxalq aləmdə tanınmışdılar.
ASALA üzvlərinin Lübnandakı erməni məhəllələrində və fələstinli terrorçularla birlikdə təlim keçməsi, onların təkcə erməni məsələsi ilə deyil, ümumi anti-imperialist və dinçi radikal quvvələrlə bağlılıqlarının olduğunu ortaya qoyur. Onların ideoloji sintezi ASALA-nın regiondakı digər radikal təşkilatlarla əməkdaşlıq etməsinə səbəb olmuşdur. Eyni zamanda, bu təcrübələr Hizbullah kimi təşkilatların formalaşması üçün də dolayı yolla bir nümunə yaratdı.
Hizbullah isə 1982-ci ildə İranın ideoloji və maliyyə dəstəyi ilə yaranmış şiə islamçı təşkilatdır. Onun fəaliyyəti əsasən dini ideologiya üzərində qurulmuşdur, lakin taktiki baxımdan ASALA və digər solçu təşkilatların metodlarından örnək götürmüşdür. Hizbullahın ilk illərində Lübnandakı düşərgələrində ASALA-nın təcrübələrini öyrənərək alaraq silahlı terror təşkilatının necə qurulması, silahlı-terror təşkilatın fəaliyyət istiqamətləri və beynəlxalq diqqətin cəlb olunması yollarını öyrənmək üçün örnək rol oynamışdır.
Əldə olunan məlumatlara görə, ASALA-nın bəzi üzvləri Hizbullahın formalaşdığı dövrdə şiə icmalarla əlaqə saxlayır, eyni düşərgələrdə təlim keçirdilər. Həsən Nəsrullahın gənclik illərində bu tip qruplarla əlaqədə olması və ideoloji təlimlərdə iştirak etməsi də bu bilgilərdə yer alır. Bu, birbaşa ideoloji yaxınlıq olmasa da, taktiki və metod baxımından bir ötürmənin baş verdiyini göstərir.
Beləliklə, Lübnandakı mürəkkəb siyasi və ideoloji mühit bir-birindən fərqli, lakin qarşılıqlı təsirə məruz qalan silahlı terror təşkilatların yaranmasına səbəb olmuşdur. ASALA-nın Lübnandakı fəaliyyəti və solçu cəryanlarla əlaqələri, dolayısı ilə Hizbullah kimi təşkilatların formalaşma mühitini “zənginləşdirmiş” və onların gələcək strategiyalarına təsir göstərmişdir.