Saxlanılanların kimlikləri barədə ayrıntılı məlumat verilməyib.
Lakin onların ölkəyə səfər etməkdə məqsədləri və Yəməndən onların birinə göndərilmiş “35 kiloqramlıq bağlama” barədə tədiqat aparıldığı qeyd olunub. Argentinanın təhlükəsizlik naziri Patrisia Boleriç jurnalistlərə bu barədə məlumat verib.
“Şübhəlilər bundan əvvəl də digər ölkələrin pasportları ilə ölkəmizə gəliblər. Onlar barədə ittihamlar sübut olunanadək kimlikləri ifşa edilməyəcək.
Tədqiqatla həqiqətən bir terror əməliyyatı qrupunun və yaxud adi insanların Argentinaya gəldiyi müəyyən ediləcək”- deyə nazir vurğulayıb.
Ölkənin Federal Polisi bəyanatla bildirib ki, həmin 3 əcnəbi fərqli uçuşlarla Buenos-Ayresə daxil olublar. Onların sonra “terror aktlarının keçirilməsini planlaşdırmaq məqsədi ilə” görüşəcəkləri barədə faktlar mövcuddur.
Polis şübhəliərin saxlanılması tarixi barədə məlumat verməyib.
Əlavə məlumat üçün xatırladaq ki, 1992-ci ildə İsrailin Buenos-Ayresdə Səfirliyinə və 1994-cü ildə Argentina Yəhudilərinin Mərkəzinə ölümlə nəticələnən həmlələr olunub.
Həmçinin, 2 ay öncə Braziliyanın Federal Polisi də İranın himayə etdiyi Livan Hizbullahına bağlı terror qrupunun ifşa olunduğunu bildirmişdir.