Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Arəş Sadiqi azərbaycanlı siyasi məhbusun vəziyyətinin ağır olması ilə bağlı xəbərdarlıq etdi

keçmiş azərbaycanlı siyasi məhbus Arəş Sadiqi molla rejimin həbs etdiyi Güney Azərbaycan Milli Hərəkatının fəallarından, tanınmış din xadimi Əbdüləziz Əzimi Qədiminin sağlıq durumuna toxunaraq “X” hesabında yazıb:

“Azərbaycanlı mədəni fəal Əbdüləziz Əzimi Qədiminin həyatı təhlükədədir. Bu arada o, saxta ittihamlara etiraz olaraq aclıq aksiyasının 34-cü gününü Tehranın Evin həbsxanasında keçirir. Aclıq aksiyası məhbusun son fəryadıdır”.

Qeyd edək ki, Arəş Sadiqi keçmiş siyasi məhbus, insan haqları müdafiəçisi və “Əllamə Təbatəbai” Universitetinin qovulmuş tələbəsidir. O, özü də həbsdə olarkən aclıq aksiyası keçirdiyindən böyrəklərində, mədəsində və ürəyində ciddi problemlər yaranıb.

Related Articles

Bir cavab yazın

Back to top button