![](https://www.aznews.tv/wp-content/uploads/2022/12/nadili-h-r-kat-m-hbusu-lirza-r-inin-bar-sind-ki-m-hk-m-h-kml-ri-780x470.jpg)
Evin zindanının 4-cü palatasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi yaxınları ilə telefon danışığı zamanı ona qarşı çıxarılan hökmlərin birləşdirilərək, barəsində 4 il həbs cəzasının qətiləşdiyini deyib.
Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 22-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
Bir müddət sonra ona qarşı açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.