Site icon Aznews TV

Amerikaya “ağıllı prezident” başçılıq edərsə, Rusiya və Çin ABŞ-nin düşməni olmayacaq – Tramp

ANT “Right Side Broadcasting Network”-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Virciniya ştatının Çesapik şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Ədalət naminə deməliyik ki, bizim xarici düşmənlərimiz var – Çin, Rusiya, Şimali Koreya. Ancaq “ağıllı prezidentiniz” varsa, onlar düşmən olmayacaqlar. “Ağıllı prezidentiniz” varsa, onlar düşmən deyillər”, – Tramp bildirib.

Exit mobile version