Dünyaİran

Amerikanın xarici işləri vəziri İranı Atom Anlaşması barədə uyarıb

Amerikanın xarici işlər vəziri Antoni Blinken Mehr ayının 8-i bildirib ki, İranla Atom Anlaşmasını dirçəltməyə zaman bitmək üzrədir.

Blinken, Pensilvaniya Əyalətinin Pitersburq şhərində keçirilən Amerika ilə Avropa Birliyinin ticarət danışıqları gedişində Otrişin paytaxtı Viyəndə Atom Razılaşmasını dirçəltməyə danışıqların keçirildiyinə toxunaraq jurnalistlərə deyib: “Onlar danışıqlardan hardasa 3 ay geri qalıblar, belə ki, iranda seçikilər olunub və yeni bir dövlət qurulub, amma hələ də danışıqlara qayıtmayıblar. Top, artıq  İranın meydanındadır, amma çox müddətə qalmamalıdır.”

Antoni Blinken habelə vurğulayıb ki, Amerikanın prezidenti Co Baydenin istəyi Vaşinqtonun Atom Anlaşmasına qayıtmasıdır, amma bu qayıdış Tehranın tam Anlaşmanı icara etməsindən asılıdır.

Bilinken eləcə deyib ki, bizim indiki müşkülümüz budur ki, İran Atom Anlaşmasını pozaraq, daha qabaqcıl santrifujları işlədir, yüzdə 20 və hətta yüzdə 60 zənginləşdirilmiş uranium zəxirələrini artırıb.

Bilinken sözlərinin davamında uyarıb ki, məhdud bir fürsət qalır və bu fürst gündən günə azalır.

Related Articles

Bir cavab yazın

Back to top button