
Amerika hökumətinin sanksiyalar siyahısına əlavə etdiyi sözügedən şəxs, gəmi və şirkətlər İran, Birləşmiş Ərəb Əmirlikləri, Honq-Konq, Vyetnam və Sinqapurda yerləşir.
Məlumata görə, İranın həmin neft və neft-kimya məhsullarının böyük bir qismi ən son olaraq Çinə satılıb.
İranda fəaliyyət göstərən “Zagros Tarabaran Aria” Neft Şirkəti və “Rashin Okyanus Sharg” Gəmiçilik Şirkəti də yeni boykot olunan şirkətlər arasındadır.