
Bu qərar böyük səs çoxluğu ilə qəbul edilib: lehinə 414, əleyhinə 16 və bitərəf 2 səs.
Həmin qətnamədə deyilir: “1944-cü il mayın 18-də səhər saatlarında Sovet İttifaqının hakimiyyət orqanları Krım tatarlarını Krım yarımadasından qovmağa başladılar və tatarlar zorla köçürüldü. Cəmi 3 gündə 200 min insan Orta Asiya və Sibirə sürgün edildi.
Kanada, Ukrayna, Latviya və Litvadan sonra Polşa Krım tatarlarının öldürülməsini və məcburi deportasiyasını soyqırım kimi tanıyan beşinci ölkədir.